Cəmiyyət

24 minlik alimenti ödəmədi – ikinci dəfə həbs edildi

47 yaşlı şəxs 7 ilə yaxındır boşandığı xanımına aliment ödəmir. O, 3 övladına görə aylıq 300 manat təzminatı ödəməli idi.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Saatlı rayon sakini R.Qasımov (ad şərtidir) 2017-ci ildə boşandığı xanımına hər övladı üçün 100 manat olmaqla cəmi 300 manat ödəməli imiş. Lakin bu günə qədər alimentin əsas hissəsini ödəməyib.

 

Alimenti ödəmədiyi üçün ilk dəfə 25 sutka inzibati qaydada həbs edilib. Lakin bundan sonra da alimenti ödəyə bilməyib.

 

Bu dəfə onun barəsində 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddə ilə ittiham irəli sürülüb.

 

R.Qasımov alimenti ödəmək imkanının olmadığını, işləmədiyini bildirib. Əlavə olaraq deyib ki, iş üçün məşğulluq idarəsinə də müraciət edib. O, əvvəl aqlay ustası işlədiyini, indi iş tapa bilmədiyini bildirərək məhkəmədən kömək istəyib.

 

Saatlı Rayon Məhkəməsi R.Qasımov barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan diversiya qrupu erməniləri necə aldadıb? – Arutunyanın ittiham işi

admin

Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 taksi sürücüsü saxlanılıb – VİDEO

redaktor

Səlim Müslümov cənazə maşını sürən adamın adına şirkətlər YARADIBMIŞ

redaktor