26 C
Bakı
13 Avqust 2025 03:01
Dünya

Kadırov Aydanla Zülfüqarı təltif edəcək

Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.

 

Kadırov qeyd edib ki, hadisə zamanı bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər:

 

“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” tipli sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli təyyarə qəzası qurbanlarının xatirəsinə “Respublika Xidməti” mükafatına layiq görüləcəklər”.(qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Hava şəraiti dəyişəcək

redaktor

Ukraynadakı savaşdan sonra Rusiyadan qaçan milyarderlər – hərəsinin bir bəhanəsi var.

admin

Zelenski: “Rusiya qışda Avropaya həlledici enerji zərbəsi hazırlayır”

redaktor