Hadisə

Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü – FOTO

Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

 

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

 

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.

 

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

 

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.

 

Oxşar xəbərlər

Məşhur istirahət mərkəzi “Atlant”ın sahibi həbsə gedir – ŞOK İFADƏ VERİLDİ

redaktor

Cəbrayılda sərhədçilər qəzaya düşüb, ölən və xəsarət alanlar var

redaktor

Vardanyanı saxlayan kimdir? – Sensasion isim

admin