Hadisə

Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü – FOTO

Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

 

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

 

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.

 

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

 

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.

 

Oxşar xəbərlər

Kəmaləddin Heydərovun müavini işdən çıxarılır – SƏBƏB

admin

Qaxda 13 yaşlı qıza kollektiv təcavüz olunduğu bildirilir

admin

“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, …..”

admin