11 C
Bakı
27 Mart 2026 20:11
Cəmiyyət

Dürdanə Əliyevaya güzəşt olmadı – Son qərar

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.

 

Tacxeber.com-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ali Məhkəmə D.Əliyeva barəsində son qərarını açıqlayıb.

 

Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanunauyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib.

 

Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, D.Əliyeva BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu vaxtlarda mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirməkdə ittiham edilib. Amma o, tələbələrdən aldığı pulları rektor Nurlana Əliyevaya verdiyini deyib. Rektor məhkəmədəki ifadəsində ittihamı təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Müavinimin yoldaşının və baldızının evini qanunsuz söküblər…” – Deputatdan Milli Məclisdə ETİRAZ

admin

Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib

redaktor

Deməli, 160 000 + valideyn uşağının savadsız olmasının könüllü tərəfdarıdır.

admin