Dünya

Zelenski 3,5 milyardı necə qaytaracaq? – Danko

Ukrayna göstərilən yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib.

 

“Zelenski onlara göndərdiyimiz 3,5 milyard avronu necə geri qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Almanlar, fransızlar və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, Slovakiya da səssiz qala bilməz”, – o deyib.

 

Dankonun sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə ona yardım edən dövlətlərdən mümkün qədər çox pul almaq üçün mövcud vəziyyətdən sui-istifadə edib.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskva ilə heç bir danışıq aparmaq istəmir – Putin gileyləndi

redaktor

Odessada film kimi döyüş səhnəsi – Video

redaktor

Şəhid Səbuhi Əhmədovun adı gəmiyə verilir

redaktor