Dünya

Zelenski 3,5 milyardı necə qaytaracaq? – Danko

Ukrayna göstərilən yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib.

 

“Zelenski onlara göndərdiyimiz 3,5 milyard avronu necə geri qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Almanlar, fransızlar və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, Slovakiya da səssiz qala bilməz”, – o deyib.

 

Dankonun sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə ona yardım edən dövlətlərdən mümkün qədər çox pul almaq üçün mövcud vəziyyətdən sui-istifadə edib.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Anam Durova görə infarkt keçirib vəfat etdi”

redaktor

Zəlzələnin qurbanı olan ney ifaçısı izləyənləri kövrəltdi – VİDEO

redaktor

Semyon Peqovun adı qara siyahıya salındı

redaktor