Hadisə

Xırdalanda özünə antibiotik vuran qadın dünyasını dəyişdi

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb.

Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

 

Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub.

 

İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda toy zamanı oğurluq edən şəxs kameraya düşdü – Qadının çantasını… – VİDEO

redaktor

Rusiyadan milyardlarla dolu təyyarələr çıxıb, hara uçub? – ŞOK

admin

Iranın Mazandaran vilayətində 110 metr hündürlükdə Veresk dəmiryolu körpüsü.

admin