Cəmiyyət

“Rus evi”, “çoxsimalı” şəxslər… Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca

Ah, “Rus evi”, sən elə çoxsimalısan.

Tacxeber.com xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Tofiq Zülfüqarov yazıb.

 

Çoxsaylı şərhlər almış bu postda keçmiş XİN rəhbəri xələfinin ünvanına atmaca atıb:

 

“Dünən (fevralın 24-də – red.) gözlənilmədən ARB-24 məni E.Məmmədyarovla bir transmissiyada birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloqer, yutuber – red.) kanalında məni əvəz edəcək…

 

Ah, “Rus evi”, sən elə çoxsimalısan”

 

T. Zülfüqarov bundan əvvəl G. Vasadze ilə təmaslarını kəsdiyini bildirib. Hətta bununla bağlı “Facebook” hesabında da məlumat yayıb. Lakin Elmar Məmmədyarovun ünvanına atmaca müxtəlif və fərqli şərhlərlə qarşılaşıb.

 

Əksəriyyəti maraqlandıran T.Zülfüqarovla E. Məmmədyarov arasından hansı “qara pişiy”in keçməsi olub.

 

Birinci şəxs bu suala cavabdan yayınıb.

 

Onun “Rus evi”ni niyə xatırlaması da aydın olmayıb. Lakin adı Rusiya casus şəbəkəsi ilə hallanmaqla gündəmdə olan “ev” və “çoxsimalı” ifadəsi E. Məmmədyarova qarşı çevrilmiş ittiham kimi qəbul olunub.

 

Şərhçilərdən biri soruşub: “Sizcə, onun (Məmmədyarov – red.) “Rus evi” ilə bağlı hadisələrə birbaşa və ya dolayı əlaqəsi varmı?”

 

Eks-nazirin cavabı konkret olub: “Bəli”.

 

Xatırladaq ki, Tofiq Zülfüqarov 1998-99-cu illərdə, Elmar Məmmədyarov isə 2004-20-ci illərdə xarici işlər naziri vəzifəsini tutublar.

Tacxeber.com

Oxşar xəbərlər

Kürdəmirdə sakinlər həmkəndlilərinin sahə müvəkkili tərəfindən döyülməsinə etiraz olaraq Bakı-Qazax magistral yolunu bağladılar

admin

Həkim isti havalarda D vitamininə ehtiyac olub-olmadığını açıqlayıb

redaktor

Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA – “Bu, axmaq hərəkətdir”

redaktor