10 C
Bakı
27 Mart 2026 15:10
Dünya

Kanadalılar Maskın vətəndaşlığının ləğvi üçün imza toplayır

Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi” iddiası ilə vətəndaşlığının ləğvi üçün başladılan imza kampaniyasına 240 mindən çox insan qoşulub.

 

Tacxeber.comxəbər verir ki, Kanada Parlamentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, indiyədək 240 min 554 nəfər bu müraciətə imza atıb.

 

Digər tərəfdən, Mask sosial media platforması “X”-də paylaşım edərək, kampaniyaya cavab verib. O, Kanadanın “gerçək bir ölkə olmadığını” iddia edib.

 

Fevralın 23-də başladılan kampaniya müraciətində Maskın “var-dövlətini və nüfuzunu Kanada seçkilərinə müdaxilə etmək üçün istifadə etdiyi” və “ölkənin suverenliyini ləğv etməyə çalışan xarici bir hökumətin üzvü olduğu” irəli sürülüb.

 

Müraciət iyunun 20-də Kanada Parlamentinə təqdim ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyaya qarşı II cəbhə açmaq riski ilə üz-üzəyik

redaktor

Türkiyədə 8 İsrail casusu tutuldu

redaktor

Sabiq maliyyə naziri “TikTok”u almaq istəyir

redaktor