14 C
Bakı
26 Aprel 2026 13:06
Dünya

Dövlət Xidməti: Dövlət saytlarına kütləvi DDOS hücumları müşahidə olunur

Bir neçə gündür ki, Azərbaycanda dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.

 

Tacxeber.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, Xidmət tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir.

 

“Bununla bağlı bəzən real IP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus IP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur”, – deyə açıqlamada qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Maskdan SENSASİON VƏD: 2 ilə hər kəsə Marsa səfər etmək imkanı verəcək

redaktor

Xameneyisiz İran: Növbəti addım nə olacaq?

redaktor

CPJ: “Azərbaycan hakimiyyəti dövlət məmurlarının korrupsiya əməlləri barədə güzəştsiz araşdırmalara tab gətirə bilmir”

admin