Cəmiyyət

Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

 

“Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir”,- deyə məlumatda qeyd edilib. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər

Namiq Mənadan Pərviz Bülbülənin paylaşımına REAKSİYA

redaktor

Dırnaq yeməyin səbəbləri və tərgitməyin üsulları

redaktor

Problemləri yatmaqla həll etmək mümkündürmü?

redaktor