Cəmiyyət

Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

 

“Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir”,- deyə məlumatda qeyd edilib. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

redaktor

“Göl zəhərli olsaydı 78 yaşlı nənənin səsi məndən yüksək çıxmazdı”

redaktor

Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür

redaktor