12 C
Bakı
28 Mart 2026 18:02
Cəmiyyət

Əlindəki ziyilə görə həyatını itirən Türkanın ailəsi DANIŞDI – VİDEO

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə həyatını itirib.

Türkan Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayırdı. O, nişanlı imiş və gələn ay toyu olacaqmış.

Valideynlərinin sözlərinə görə qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində də problem olmayıb.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Tacxeber.com

Oxşar xəbərlər

Müharibə zamanı videosu ilə insanları güldürən qazimiz ata oldu – FOTO/VİDEO

redaktor

Əsli Əlizadə aclıq aksiyasında olan siyasi məhbus Nurlan Libre barədə yazır:

admin

Ombudsman dərmanların keyfiyyətindən danışdı

redaktor