21 C
Bakı
12 Avqust 2025 05:59
Cəmiyyət

Apteklərdə spirt satışı qadağan edilib? – Həkimdən vacib AÇIQLAMA – VİDEO

Fevralın 22-si və 23-ü tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin spirt qəbul edərək zəhərlənməsi ilə bağlı rəsmi xəbərlər yayılıb. Bu hadisədən sonra isə bəzi etil spirtlərin satışının ləğvi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Tacxeber.com xəbər verir ki, məsələ ilə əlaqədar Baku TV Sabunçu rayonunda olub.

 

Məlum olub ki, sözügedən ərazidəki apteklərdə həmin spirtlərin satışı ləğv edilib.

 

Texniki spirtlərin istehlakının fəsadlarına gəldikdə isə həkim Abbas Bağırov deyir ki, bu məhlulların 20 millilitr miqdarda qəbulu görmə sinirinin iflicinə səbəb olur, korluq yaradır:

 

“Daha artıq qəbulu isə tənəffüs çatışmazlığı, qıcolma vəziyyəti yaradır. Eyni zamanda, beyin qan dövranı pozulur və nəticədə ölüm halları baş verir”.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qurum tərəfindən texniki spirtin ləğvi barədə qərar verilməyib.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Abşeronda beton hasar uçdu, bir hindistanlı öldü və digəri yaralandı.

admin

Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA

admin

Tağı Əhmədov universitetdəki vəzifəsindən azad edildi

redaktor