28 C
Bakı
12 Avqust 2025 18:41
Dünya

“Xəyanətdir, məqsəd Ukraynanı xəritədən silməkdir”

Rusiyanın müharibədə son məqsədi Ukraynanı xəritədən silməkdir.

 

Tacxeber.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel “Ukraynaya dəstək” plenar iclasında bildirib.

 

“Bütün bu üç uzun il ərzində, Rusiya Federasiyası Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqda, mən şübhə etmirəm ki, bu təcavüzün son məqsədi Ukraynanı dünya xəritəsindən silməkdir. Mən demək istəyirəm ki, ukraynalılar yenilməzdirlər. Onlar təkcə bizim köməyimizə deyil, həm də heyranlığımıza layiqdirlər”, – o deyib.

 

O eyni zamanda əlavə edib ki, Ukraynanın alçaldılması üzərində qurulan sülh, sülh yox, xəyanət olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Zərdabda Azərbaycan bayrağına və xəritəsinə hörmətsizlik edilib – FOTO

redaktor

Zelenskinin prezident seçkilərində rəqibləri bəlli olur.

admin

“İndi Rusiya özü nəhəng problemə çevrilib”.

admin