21 C
Bakı
23 İyun 2025 00:38
Cəmiyyət

“Qarlı hava şəraitində yollara səpilən duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur” – Ekspert

Nəqliyyat eksperti Yasin Mustafayev Bakıda yağan qarla əlaqədar yollara xörək duzu səpilməsinin tənqid edilməsinə münasibət bildirib.

 

Bu barədə Pravda.az-a açıqlama verən ekspert deyib ki, duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur.

 

“Yola buz əleyhinə duz və qum səpilir. Qum ilişkənlik yaratmaq, təkər sürüşmələrinin qarşısını almaq üçün, duz isə donmanın qarşısını almaq üçündür. Duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur. Hansı duzu səpsən, buzlamanın qarşısını alacaq. Məsələn, duzlu su – Xəzər dənizinin, okeanların suyu donmur. Donsa da, çox aşağı temperaturda donur. Əsas məsələ budur ki, yola duz səpilsin, vəziyyətdən çıxılsın. Sadəcə, bu cür havada külli miqdarda duz lazımdır. Yollarda donmanın qarşısını almaq üçün nə qədər xörək duzu səpmək olar ki? Bu, sual yaradır. Əslində isə xörək duzu da buzlamanın qarşısını alır”, – ekspert qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın tanınmış aktyoru saxlanıldı – Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir

redaktor

Ceyhun Mirzəyevin yeganə övladı ACINACAQLI VƏZİYYƏTDƏDİR – VİDEO

redaktor

Meşəlik ərazidə tikintinin qarşısı alındı – Sumqayıt Şəhər İcra Hakimiyyətinin iz itirmək cəhdləri

redaktor