20 C
Bakı
24 İyun 2025 04:49
Dünya

Kadırovdan Stalinlə bağlı SENSASİON PAYLAŞIM – “Lənətlənmiş, cinayətkar…”

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçen və İnquş xalqlarının deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Kadırov paylaşımda Sovet İttifaqının ikinci lideri olan İosif Stalini “lənətlənmiş” və “cinayətkar” adlandırıb.

 

“Bu gün Çeçen xalqının tarixində faciəli bir gündür. 1944-cü il fevralın 23-də lənətlənmiş İosif Stalinin qeyri-insani əmri ilə çeçenlər və inquşlar zorla Sibirə və Orta Asiyaya sürgün edildi. “Mərcimək” (Çeçevitsa) adlanan əməliyyata Lavrenti Beriya rəhbərlik edib.

 

Bu cinayətkar əmr böyük insan tələfatına səbəb oldu. Minlərlə insan yolda, ağır xüsusi yaşayış məntəqələrində aclıqdan, soyuqdan və xəstəliklərdən həyatını itirdi. Xalqımız nə qadına, nə qocaya, nə də uşaqlara rəhm etməyən qəddar rejimin iradəsi ilə əzab çəkməyə məhkum edildi”, – deyə Ramzan Kadırov öz Telegram kanalında yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin qorxu içində: “Ukrayna qırıcıları havada onun təyyarəsinə…”

redaktor

Rusiya Donetskin kəndini atəşə tutub, ölən və yaralananlar var

redaktor

Hollandiya Ukraynaya F-16 təyyarəsini təhvil verirverdi

admin