30 C
Bakı
12 Avqust 2025 11:20
Cəmiyyət

“Guya bir gün dərsə getməsələr, nə olacaq?” – Misir Mərdanovdan nazirliyin qərarına REAKSİYA

Elm və Təhsil Nazirliyinin məktəblərdə tədris prosesinin ənənəvi qaydada davam etdirilməsi ilə bağlı qərarı hələ də müzakirə edilir. Xüsusilə valideynlər bununla bağlı narazılıq edir, hətta nazirliyin qərarına rəğmən, uşaqları dərsə göndərmədiklərini bildirirlər.

 

Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, qarlı-şaxtalı havada, xüsusilə də dağ yerlərində uşaqların məktəbə getməsini düzgün hesab etmir:

 

“Guya bir gün dərsə getməsələr, nə olacaq? Uşaqların xəstələnmə ehtimalını nəzərə almaq lazımdır. Belə havada onlara soyuq dəysə və ya buzlu yolda yıxılıb xəsarət alsalar, necə olacaq? Həmin şagirdlər ən azı bir həftə dərsə gedə bilməyəcəklər. Fikrimcə, övladlarımızın sağlamlığı daha önəmlidir”.

 

Qeyd edək ki, bu gün bəzi universitetlər distant təhsilə keçsələr də, bu, məktəblərdə tətbiq edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

REALLIQ – Dünyaya diktatura və azadlığı bu ölkə gətirir.

admin

Vüqar Səfərli yenə narazıdır – Hər şeyini geri istəyir

redaktor

“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”

admin