32 C
Bakı
12 Avqust 2025 17:25
Dünya

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir.

 

Tacxeber.comxəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

 

Zelenski bildirib ki, münaqişənin tənzimlənməsində ABŞ-la yanaşı Avropa ölkələri də iştirak etməlidir.

 

“Mən Donald Trampla münaqişənin həllinə dair dialoq aparmaq istəyirəm”, – deyə Zelenski əlavə edib.

 

Ukrayna Prezidenti qeyd edib ki, fevralın 24-də Avropa İttifaqının rəhbərliyi, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen də daxil olmaqla 13 lider Kiyevə gələcək.

 

Zelenski ayrıca görüşdə tərəfdaşları ilə mümkün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir. Bu, Avropa ölkələrinin paytaxtlarından birində baş tuta bilər.

 

Prezidentin sözlərinə görə, sabahkı görüşdə qarşıdakı həftələr üçün strategiyanı müzakirə etməyi planlaşdırırlar. Zelenski, ilk növbədə, Avropadan olan tərəfdaş ölkələrin liderləri ilə görüşdə təhlükəsizlik zəmanətləri mövzusuna toxunacaq, lakin ABŞ-ın da iştirakı zəruridir.

Tacxeber.com

Oxşar xəbərlər

Toya 100 adam çağırdı, cəmi 5 nəfər gəldi – Video

redaktor

Trampdan Ukraynaya ZƏRBƏ – Silah satışının qarşısını alır

redaktor

Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb.

redaktor