21 C
Bakı
14 Avqust 2025 09:35
DünyaSiyasət

Şolts seçkiləri ağır şəkildə uduzdu, rəqibini təbrik etdi.

Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçkilərdəki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Bu barədə Şolts öz çıxışında bildirib.

 

“Bu, partiya üçün acı nəticədir, seçkilərdə itkidir”, – o bildirib.

Şolts mühafizəkar Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merzi qələbə münasibətilə təbrik edib.

 

Qeyd edək ki, bu gün Almaniyada parlament seçkiləri keçirilib. Ekzit-pollun nəticələrinə görə, növbədənkənar parlament seçkilərində mühafizəkar CDU/CSU Merz bloku 29 faiz səslə qalib gəlib.

 

İkinci yeri rekord – 20 faizlə sağçı Almaniya üçün Alternativ Partiyası, üçüncü yeri isə 16,5 faizlə ən pis “tarixi nəticə” göstərən Şoltsun rəhbərlik etdiyi SPD Partiyası tutub. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yeni yaradılan III Respublika Platformasını onlar yaratdılar.

admin

Gizli hesabat: ABŞ müharibəni bu cür planlaşdırıb – Şok

admin

Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı

redaktor