Dünya

Argentina prezidenti İlon Maska görün nə hədiyyə edib

Argentina prezidenti Xavyer Miley Vaşinqtonda keçirilən konfransda İlon Maska bürokratiyaya qarşı mübarizəni simvolizə edən motorlu mişar hədiyyə edib.

 

Tacxeber.com xəbər verir ki, səhnəyə “Amerikanı yenidən möhtəşəm et” yazısı olan papaqla çıxan Mask çıxış edərkən qeyd edib ki, Miley ona hədiyyəsi var. Bundan sonra Argentina prezidenti ona üzərinə “Viva la libertad, carajo!” (“Yaşasın azadlıq, …!”) yazılmış motorlu mişarı hədiyyə edib.

 

Mask hədiyyəni həvəslə qəbul edib və ona belə şərh verib: “Bu, bürokratiya üçün mişardır”.

 

Daha sonra o, X sosial şəbəkəsindəki profil şəklini yeniləyərək əlində mişar tutmuş şəklini paylaşıb.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb? – FOTO

redaktor

Putin Əsəd və ailəsi ilə bağlı qərar verib – Peskov

redaktor

“Abdullah Öcalanın ‘Barış ve Demokratik Toplum Çağrısı’ bölgə xalqları üçün ‘ümid işığı’ kimi dəyərləndirilir.”

redaktor