28 C
Bakı
13 Avqust 2025 21:50
Sağlamlıq

Alimlər: Davamlı yuxu rejimi erkən ölüm riskini azaldır

Britaniya alimləri müəyyən ediblər ki, ciddi yuxu rejimi təhlükəli xəstəliklərin inkişafı və vaxtından əvvəl ölüm ehtimalını 48% azalda bilər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “BBC Science Focus” məlumat yayıb.

 

Tədqiqatda 61 000-dən çox iştirakçının məlumatlarından istifadə edilib. Bir neçə il ərzində elm adamları alqoritmlər və xüsusi cihazlardan istifadə edərək subyektlərin yuxu rejimini təhlil edib, həmçinin ölüm nisbətlərini izləyiblər. Nəticələr göstərib ki, gecə yeddi-səkkiz saat yatan, lakin hər dəfə müxtəlif vaxtlarda yatıb oyanan insanlarda insult və ürək-damar xəstəlikləri daha çox olur.

 

Alimlərin fikrincə, sabit yuxu rejimi təhlükəli xəstəliklərin inkişafı və erkən ölüm ehtimalını 48% azalda bilər. Bununla belə, vacib olan təkcə rejim deyil: altı saatdan az və ya doqquz saatdan çox davam edən yuxu da sağlamlığa, o cümlədən emosional vəziyyətə mənfi təsir göstərə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Kababın sağlamlıq üçün faydaları

redaktor

Öskürək əleyhinə siropları uşaqlara verməyin- HƏKİM XƏBƏRDARLIĞI

redaktor

Cinsi həvəsi azalan insanların ürəyi təhlükədədir- Yapon alimləri

admin