12 C
Bakı
28 Mart 2026 04:58
Sağlamlıq

İnfarkt riskini 4 dəqiqədə bilmək olacaq – YENİLİK

Ürək problemlərindən əziyyət çəkənlər üçün tibb dünyasından şad xəbər gəlib.

 

Tacxeber.com Yenisabah.az-a istinadən xəbər verir ki, süni intellekt artıq 4 dəqiqə ərzində infarkt riskini müəyyən edə biləcək.

 

Mütəxəssislər ağrısız skan etməni təmin edən süni yardımlı cihazı tibb dünyası üçün inqilab kimi qiymətləndirirlər.

 

Kardiologiya mütəxəssisi, həkim Esat Çekin süni şəkildə dəstəklənən “Cardisio” cihazına diqqət çəkərək bildirib ki, bu ixtira tibb dünyası üçün inqilab sayıla bilər:

 

“Ürək müayinəsi etmək üçün süni intellekt dəstəyindən istifadə edə bilərik, bu baxımdan çox güclü imkanımız var. Süni intellekt sağlamlıqda həqiqətən inqilabi reallıqlar vəd edir. Düşünürəm ki, cəmiyyət üçün edilə biləcək ən əhəmiyyətli şey ürək xəstəliyi daşıyıcısı olan və bundan xəbərsiz insanları aşkar etmək, onların infarkt keçirməsinin, ani ölümlərin qarşısını almaq və həyat keyfiyyətinə təsir etməməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Niyə qadınlar çox üşüyür? – Əl-ayaqlarınızı soyuq edən SƏBƏB

redaktor

Böyrək daşlarından qoruyan məhsullar müəyyən edilib

redaktor

Azərbaycanda xərçəng xəstələrinin sayı sürətlə artır – Radioloq bu müayinləri vacib hesab edir

admin