28 C
Bakı
11 Avqust 2025 20:02
Dünya

Zelenski Trampı qeyri-ciddi söhbət aparmaqda ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Vaşinqtonun 500 milyard dolları faydalı qazıntılar şəklində qaytarılması tələbi “qeyri-ciddi söhbətdir”.

O bunu “CNN Türk”ə müsahibəsində deyib.

 

Ukrayna lideri qeyd edib ki, ABŞ Kiyevə 67 milyard dollarlıq silah tədarük edib, amerikalılar tərəfindən büdcə dəstəyi isə 31.5 milyard dollar təşkil edib.

 

“Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib, bunun 120 milyard dollarını ukraynalılar, daha 200 milyard dollarını isə ABŞ və Avropa ödəyib”, – deyə Zelenski vurğulayıb.

 

O, nadir metallar və faydalı qazıntılar qarşılığında Vaşinqtondan təhlükəsizlik zəmanətləri istədiyini bildirib. Ukrayna prezidentinin sözlərinə görə, ABŞ-nin daha əvvəl təklif etdiyi sənəddə zəmanətlər haqqında bir kəlmə də olmayıb.

 

Xatırladaq ki, D.Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-yə Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər

NATO Rusiya sərhədində yüzlərlə bunker tikəcək – Yeni müharibə?

redaktor

Ruslara əsir düşən ukraynalı əsgər həyat yoldaşına zəng etdi: Elə söyüşlər eşitdi ki…

redaktor

ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı qanun layihəsinin hazırlandığı bildirilir

admin