14 C
Bakı
27 Sentyabr 2025 12:24
Cəmiyyət

“TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edildi

Əməliyyat zamanı “TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edilib.

 

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:

 

“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.

 

“National Prime Hospital”ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb.

Tacxeber.com

Oxşar xəbərlər

Gözləyirəm, haçan toyxanalarda da özləri oxuyacaqlar, gəlirli sahədir – Altay Göyüşov

admin

Bakıda qalmaqallı məktəbə direktor təyin edildi

admin

Gürcüstana enerji ixracında vasitəçi ofşor şirkətlə Eyyubov arasında nə əlaqə var?

admin