Hadisə

DTX-dan əməliyyat: MİDA-nın adından istifadə edən dəstə ələ keçdi

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

 

Tacxeber.com xəbər verir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

 

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

Tacxeber.com

Oxşar xəbərlər

Yaşlı kişi oğlu və gəlini tərəfindən vəhşicəsinə döyüldü

redaktor

Bakıda “Prius” sürücüsü sərnişini bıçaqladı – ANBAAN VİDEO

redaktor

Gürcüstanda içərisində azərbaycanlılar olan texniki xidmət qatarı aşdı

redaktor