Dünya

Lavrov: “Ukraynaya ərazi güzəştindən söhbət gedə bilməz” – VİDEO

“Nizamlanma prosesində Ukraynaya “ərazi güzəştlərinin” mümkünlüyündən söhbət gedə bilməz”.

 

Tacxeber.com “interfaks”a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Onun sözlərinə görə, Avropa müharibəni davam etdirmək üçün Ukraynadakı münaqişəni dondurmağa çalışacaq.

 

“Mən onların (avropalıların) danışıqlar masası arxasında nə etməli olduqlarını bilmirəm. Əgər onlar öz adət-ənənələrinə, xarakterlərinə və vərdişlərinə uyğun olaraq müharibənin davam etdirilməsini nəzərdə tutaraq, münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?”, – Lavrov bildirib.

 

O, əlavə edib ki, Moskva Ər-Riyaddakı görüşdə amerikalı tərəfdaşlarını dinləmək istəyir:

 

“Prezidentlər Rusiya-Amerika münasibətlərində tamamilə anormal bir dövrü geridə qoymağa razılaşıblar”, – Lavrov deyib.


Tacxeber.com

Oxşar xəbərlər

Epşteynin sirdaşı Maksvellə toxunulmazlıq verildi – Trampdan əfv gözləyir

redaktor

Hava limanı əməkdaşı təyyarənin yük hissəsində bağlı QALDI: “Saatlarla ağlamışam”

redaktor

Putin: Qəzzadakı uşaqların iztirabları dərin narahatlıq doğurur

redaktor