21 C
Bakı
12 Avqust 2025 03:33
Dünya

Lavrov: “Ukraynaya ərazi güzəştindən söhbət gedə bilməz” – VİDEO

“Nizamlanma prosesində Ukraynaya “ərazi güzəştlərinin” mümkünlüyündən söhbət gedə bilməz”.

 

Tacxeber.com “interfaks”a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Onun sözlərinə görə, Avropa müharibəni davam etdirmək üçün Ukraynadakı münaqişəni dondurmağa çalışacaq.

 

“Mən onların (avropalıların) danışıqlar masası arxasında nə etməli olduqlarını bilmirəm. Əgər onlar öz adət-ənənələrinə, xarakterlərinə və vərdişlərinə uyğun olaraq müharibənin davam etdirilməsini nəzərdə tutaraq, münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?”, – Lavrov bildirib.

 

O, əlavə edib ki, Moskva Ər-Riyaddakı görüşdə amerikalı tərəfdaşlarını dinləmək istəyir:

 

“Prezidentlər Rusiya-Amerika münasibətlərində tamamilə anormal bir dövrü geridə qoymağa razılaşıblar”, – Lavrov deyib.


Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ermənipərəst ABŞ senatorunun arvadını “qara siyahı”ya salıb

redaktor

Qazaxıstan Emin Ağalarovun böyük investisiyalarında maraqlıdır

redaktor

“Priqojinin ardınca Kadırov aradan götürüləcək” – Rusiyalı müxalifətçidən ŞOK AÇIQLAMA

admin