DünyaGündəm

Zelenski Trampın sazişindən niyə imtina etdiyini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə danışan Ukrayna lideri sözügedən sazişin Ukraynanın maraqlarına cavab vermədiyini və ölkənin təhlükəsizliyi üçün kifayət etmədiyini bildirib.

 

Zelenski vurğulayıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamamaq barədə nazirlərə tapşırıq verib.

 

Qeyd edək ki, Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Havada dəhşət: “Boeing 737”-nin təkəri qopdu, belə eniş etdi

admin

Trampdan Putinlə söhbətindən sonra ilk AÇIQLAMA

redaktor

“10 il sonra milyonlarla insanın beynində çip olacaq” – Mask

admin