16 C
Bakı
27 Sentyabr 2025 05:39
Cəmiyyət

İmtahana satışı qadağan olunmuş kameralı eynək keçirdi

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.

 

Tacxeber.com xəbər verir ki, imtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar.

 

Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Nusretin restoranında ödənilən hesab gündəm oldu – FOTO

redaktor

Azərbaycan futbolunda danışılmış oyun QALMAQALI – “Şamaxı” klubunda nələr baş verir?

admin

Əyilən baş sindromu nədir və necə qurtulmaq olar? – Həkim danışdı

redaktor