12 C
Bakı
26 Mart 2026 23:56
Dünya

Zelenski Trampın saziş təklifini RƏDD ETDİ

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib”.

Tacxeber.com xəbər verir ki, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, – deyə jurnalist bildirib.

Roqin Zelenskinin sözügedən sazişi imzalamaqdan imtina etdiyini qeyd edib.

Xatırladaq ki, Donald Tramp göstərilən yardımların qarşılığı olaraq Ukraynanın mineral ehtiyatlarından istifadə etmək istədiyini açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Starmer: ABŞ ilə Aİ arasında seçim etmək yanlışdır

redaktor

Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ

redaktor

Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır – Fotolar

admin