Dünya

Zelenski Trampın saziş təklifini RƏDD ETDİ

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib”.

Tacxeber.com xəbər verir ki, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, – deyə jurnalist bildirib.

Roqin Zelenskinin sözügedən sazişi imzalamaqdan imtina etdiyini qeyd edib.

Xatırladaq ki, Donald Tramp göstərilən yardımların qarşılığı olaraq Ukraynanın mineral ehtiyatlarından istifadə etmək istədiyini açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Sülh bombalarla gəlmir.

admin

ABŞ silahlı qüvvələri İranın əsas nüvə obyektlərinə GBU-57 tipli bunker əleyhinə bomba atıb.

admin

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

redaktor