24 C
Bakı
22 İyun 2025 10:32
Maraqlı

Üzərinə “arvad dır-dırından öldü” yazılan məzar diqqət çəkdi – FOTO

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu ərazisində yerləşən tarixi Mərkəz Əfəndi qəbiristanlığında məzarlardan birinin üzərinə yazılan sözlər diqqət çəkib.

 

Tacxeber.com“Milliyet” qəzetinə istinadla xəbər verir ki, Osmanlı imperiyası dövründə yaşamış adi bir insan olan Xəlil ağanın məzarı üzərində “arvad dır-dırından öldü” sözləri yazılıb.

 

Bu yazılanlar isə məzarın yanından keçən şəxslərin diqqətini cəlb edib.

 

Rəvayətə görə, Xəlil ağanın bəxti həyat yoldaşı sarıdan gətirməyib. Birinci arvadı ilə problemləri olan Xəlil ağa ikinci dfə evlənib. Lakin evləndikdən 2 ay sonra görür ki, həyat yoldaşı onun birinci arvadı ilə tez-tez mübahisə edir və onu qısqanır.

 

İki arvadı ilə problemlər yaşayan şəxsin eyni zamanda anası da gəlinləri ilə dalaşır. İllərlə evdəki 3 qadın arasında dava-dalaş olur.

 

Zamanla dərddən xəstəlik tapan Xəlil ağa ölməzdən əvvəl ilk həyat yoldaşından intiqam almağa qərar verir. Dövrün imamlarından birini yanına çağıraraq məzarına yazılmasını istədiyi mətni təqdim edir.

 

İmam Xəlil ağanın istəyini doğru hesab etməsə də, vəsiyyət olduğu üçün yerinə yetirmək məcburiyyətində qalır.

 

1844-cü ildə Mərkəz Əfəndi qəbiristanlığında dəfn edilən Xəlil Ağanın məzarına “arvad dır-dırından öldü” sözləri yazılır.

 

 

Oxşar xəbərlər

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

redaktor

Türkiyəli məşhur müğənni azərbaycanlı uşağın səsi ilə VİDEO paylaşdı

redaktor

Rusiyada vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı

admin