Dünya

Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış edib

Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə töhfə verməlidir.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransı zamanı Çinin xarici işlər naziri Van İ deyib.

 

O bildirib ki, Avropa bu böhranın səbəblərinin aradan qaldırılmasında rol oynamalıdır.

 

Çin rəsmisi xatırladıb ki, Pekin əvvəldən münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub.

 

“Güc üsulları və sanksiyalar bütün məsələləri tamamilə həll etmək iqtidarında deyil”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Türkiyənin TB2 PUA-larının ixracını məhdudlaşdırmaq üçün mübarizə aparır? – ANALİZ

admin

Jan Klod Van Dammın oğlu və gəlini Vəndam kəndində – FOTOLAR

redaktor

Eva Kayli səlahiyyətlərindən məhrum edildi

redaktor