23 C
Bakı
22 İyun 2025 17:59
Şou

Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva ünvanına yazılan şərhlərə qəzəblənib.

 

Tacxeber.comxəbər verir ki, o, instaqramda yazılan “Yaş üstə yaş gəlir, Aynişan. Nə zaman ailə qurub övlad sahibi olacaqsan? Axı övladı hər yaşda dünyaya gətirmək olmaz. Özünü sev. Ancaq dünya malı dünyada qalır. Sizdən geriyə nə qalacaq? Bunu düşünün” şərhə sərt reaksiya verib.

 

“Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz? Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir? Hər insanın öz həyatı, öz seçimi var. Siz isə əvəzinə, öz həyatınızı qurmağa baxın. Mənim seçimlərim sizi niyə bu qədər narahat edir? Öz həyatınız bu qədər maraqsızdır? Bu cür beyin haradan qidalanır? Bunun bir mənbəyi var? Xüsusi bir pəhriz rejimi filan tətbiq olunur? Beyin hüceyrələrini bu qədər işə salmamaq üçün nə yeyib-içirlər? Vallah, öyrənmək istəyirəm, çünki bu qədər sərhədsiz fikir bildirmək, insanın şəxsi həyatına bu qədər rahat müdaxilə etmək ciddi istedaddır”, – deyə, Aynişan vurğulayıb.

 

Qeyd edək ki, Aynişan bir dəfə ailəli olub, ayrılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Teymur Rəcəbov ailəsi ilə… – Foto

admin

Roza Zərgərlinin oğlundan biabırçı paylaşım – VİDEO

redaktor

Aşıq Namiq qadına söz atdı, döyüldü

redaktor