2 C
Bakı
11 Fevral 2026 02:48
Dünya

Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdılar

Avropa Parlamenti Gürcüstanda mövcud hakimiyyətin legitim tanınmamasına və boykot edilməsinə çağıran qətnamə qəbul edib, həmçinin Salome Zurabişvilini respublikanın “prezident”i kimi tanıyıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

 

Səsvermənin nəticələrinə görə, Gürcüstanla bağlı qətnamənin lehinə 400 səs verilib. 63 deputat əleyhinə olub, 81 deputat isə bitərəf qalıb.

 

Sənədin mətnində deputatlar Gürcüstanda keçirilən seçkilərdən sonra hakim “Gürcü Arzusu” partiyasının yaratdığı hakimiyyət orqanlarını tanımaqdan imtina ediblər. Eyni zamanda, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları bəyan ediblər ki, Salome Zurabişvilini Gürcüstanın hazırkı “prezident”i kimi tanımağa davam edirlər.

 

“Avropa Parlamenti hakim “Gürcü Arzusu”nun Avropaya inteqrasiya və NATO-ya üzvlük yolundan döndüyünə görə dərin təəssüf hissi keçirsə də, gürcü xalqının legitim istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir”, – deyə kommünikedə bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin zərbəsi nəticəsində 11 SEPAH zabiti həlak olub

redaktor

Pezeşkian Təbrizdən mesaj verdi, region silkələndi – İranda nə baş verir?

redaktor

Rusiyalı hərbçi Putindən tank istədi

redaktor