25.3 C
Bakı
13 İyun 2026 13:00
Dünya

Zaxarova: “AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq…”

Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməkdən ötrü Azərbaycanın AZAL aviaşirkətinin təyyarə faciəsindən istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.

 

Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

 

“Biz yaxşı başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizin vətəndaşlarının həyatına son qoymuş aviaqəza ilə bağlı faciə həm orada, həm də bizdə kəskin surətdə hiss edilir” , – deyə diplomat vurğulayıb.

 

M.Zaxarova əlavə edib: “Biz başa düşürük ki, bütün bunlar boş yerə baş vermir, çoxları bundan hansısa uğur əldə etmək istəyirlər. Bu isə uğurlu olmayacaq, çünki birgə tarixləri və regional məsuliyyət zonası olan ölkələrin, xalqların arasını vurmaq üçün bütün cəhdlər, bu cür inkişaf perspektivləri uğursuzluğa məhkumdur”. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Sabah 14 yaşlı qızın toyudur – DİN-ə çağırış

redaktor

Öcalanı Türkiyəyə təslim edən İsrail – SENSASİON YAZI

admin

Kişilərdə və qadınlarda ən çox görülən xərçəng növləri hansılardır?

admin