Cəmiyyət

“WhatsApp” yeni funksiyanı istifadəyə verdi – Tanışlıqlara səbəb olacaq

“WhatsApp” status yeniləmələri ilə bağlı yenilik üzərində işləyir.

 

Tacxeber.com xəbər verir ki, yeniliyə əsasən istifadəçilər statuslarında digər insanları etiketləyə biləcək. Məlumata görə, şəkil və videoları statusda paylaşarkən, başlıq çubuğunda istifadəçinin etiketlənməsinə imkan verən seçim olacaq. Etiketlənmiş istifadəçi status yeniləməsini yenidən paylaşdıqda, statusun əsas sahibinin şəxsiyyəti gizli qalacaq. Bildirilir ki, istifadəçinin adı çəkildikdə, həmin şəxs bildiriş alacaq. Bununla da, bildiriş alan şəxsin statusu paylaşan istifadəçinin izləyiciləri ilə əlaqə saxlaması asanlaşacaq.

 

Qeyd edilib ki, etiketlənən şəxsin statusa baxdığını başqa heç kim müşahidə etməyəcək. Etiketlənmə statusu paylaşan şəxslə etiketlənən istifadəçi arasında gizli qalacaq.(Metbuat.az)

Tacxeber.com

Oxşar xəbərlər

İslam dini bürclərə necə yanaşır? – Bütpərəstlikdən qalma etiqad

admin

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

redaktor

Elşən Xəzər İran agentidir? – İddialara cavab verdi

redaktor