26 C
Bakı
12 Avqust 2025 22:46
Sağlamlıq

Kilosu 10 manatdır: faydasını bilsəniz, hər gün alacaqsınız

Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qidalardan biri də şirin kartofdur.

 

Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etmək üçün tutarlı səbəblər var.

 

Birincisi, şirin kartof vitaminlə zəngindir və gündəlik A vitamini ehtiyacınızın çoxunu ödəyə bilər. Eyni zamanda, immunitet sistemini gücləndirir və dəridə hüceyrələrin bərpasını təşviq edir. Şirin kartof C vitamini, kalium və manqanla da zəngindir.

 

Həmçinin tərkibindəki sağlam pəhriz lifləri sayəsində həzmi tənzimləyir və dəstəkləyir, uzun müddət toxluq hissi verir.

 

Şirin kartof aşağı glisemik indeksi olan qidalar arasındadır. Yəni qan şəkərində qəfil artım və azalmaların qarşısını almağa kömək edir.

 

Qeyd edək ki, şirin kartofun bir kiloqramının Azərbaycanda pərakəndə satış qiyməti 6 manatdan başlayır. Həmçinin bəzi mağazalarda idxal edildiyi ölkədən asılı olaraq 10-15 manata təklif olunur./(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Zəhərlənmələrin əksəriyyəti bu məhsullardan olur – VİDEO

redaktor

Qan təzyiqini tarazlayan, arıqlamağa kömək edən möcüzəvi meyvə – Əsl fəslidir – Faydaları

redaktor

Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər

redaktor