29 C
Bakı
11 Avqust 2025 14:52
Cəmiyyət

AYNA-ya müraciət edən vətəndaşın başına gələn tragikomik OLAY – FOTOFAKT

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ictimai nəqliyyatdakı problemlə bağlı müraciət edən vətəndaş çətinliklə üzləşib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə şikayətçi Eva Səfərova “facebook” hesabında paylaşım edib.

 

O, AYNA-ya müraciətlə bağlı yaşadığı problemi qeyd edib:

 

“27 dekabr tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaynar xəttinə zəng edərək, bildirdib ki, Buzovnadan “28 May” qovşağına avtobus xətti yoxdur və “Koroğlu”ya isə yalnız 1 marşrut nömrəsi fəaliyyət göstərir, o da 20 dəqiqədən bir gəlir.

 

Zəngi cavablandıran operator xanım sayt üzərindən müraciət ünvanlamalı olduğumuzu qeyd etdi. O, bildirdi ki, minimum müraciət sayı 20-25 olmalıdır. Bu müraciət bizdə 100-dən çoxdur.

Bu gün yenidən zəng edib, 11 dəqiqə operatorla danışdım. Bu dəfə isə başqa bir bəy operator bildirir ki, siz niyə belə etmisiz? Oflayn qaydada imza toplayıb, məktub göndərməlisiz.

 

Soruşuram ki, o zaman 2 ay öncə operator xanım niyə belə edib? Cavabı yoxdur. Deyirəm ki, emaillərə əsasən baxın müraciətə və geri dönüş edin, yenə cavab yoxdur. Hələ üstəlik, hər dəfə də oflayn müraciətdə əlavə nəsə detal deyir ki, belə olmalıdır. Soruşuram ki, bəs bu dəfə oflayn müraciət səhv gəlsə, yenə 3 ay yox olacaqsız? Bir şablon verin. Deyir, yoxumuzdur”.

 

Şikayətçi həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə xitabən 27 dekabr tarixindəki müraciətlərin “ignore” edildiyini də vurğulayıb.

 

Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan milli komandasının azarkeş qrupu boykot qərarı verib.

redaktor

Ukraynadan gətirilərək ölkəmizdə 11 AZN-ə satılan ətlərin mənşəyi nədir?

redaktor

1 manatlıq danışıq, 1 günlük həyat – “Azercell”in yeni qaydası

admin