11 C
Bakı
30 Mart 2026 03:53
Cəmiyyət

Polşada Hökumə Əliyeva adına təqaüd proqramı təsis edildi

Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə Milli Qəhrəman Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib. Bu təşəbbüs Polşada ali təhsil alan azərbaycanlı qadınların akademik və sosial inkişafını dəstəkləməyi hədəfləyir.

 

Tacxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Qəhrəman Hökumə Əliyevanın adını daşıyan bu təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:

 

– Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;

 

– Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;

 

– Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.

 

Bildirilib ki, Polşada ali təhsil alan, minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr, eləcə də cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər müraciət edə bilərlər.

 

Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər. Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.

 

Bu təqaüd proqramı Polşada yaşayan azərbaycanlı tələbə qızların fərdi inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Nur əsəbləşdi: “Məni yığımısınız boğaza…”

redaktor

Bakıda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə SATILIR

redaktor

Dəm qazı kimi can alan plastik əməliyyatlar – qurbanları artıran səbəblər

redaktor