15 C
Bakı
30 Mart 2026 21:43
Cəmiyyət

Rəşad Dağlı azadlığa buraxıla bilər

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdırılır. İclaslarda məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunacaq.

 

Tacxeber.com xəbər verir ki, komissiyanın qəbul etdiyi qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəvi olaraq, bu sərəncamlar adətən Novruz bayramı öncəsi və ya ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində imzalanır.

 

Maraqlıdır, iclaslar zamanı müzakirə olunacaq adlar arasında tanınmış meyxanaçı Rəşad Dağlının da adı yer ala bilərmi?

 

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

 

“Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

 

Qeyd edək ki, xalq tərəfindən dəstəklənən və xüsusi ictimai rolu olan şəxslər barədə ictimai rəyin müsbət olması onların əfv edilmə şansını artıran amillərdən biri ola bilər. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir”.(Ajans.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlıların kilsədə nikah trendi: “Normaldır, məscidlərdə etiraf otağı olsun”

redaktor

Azərbaycanlılar zarafat edir: Bakıda havalar yox, qazax qızları ucbatından istiləşib

redaktor

Hökumət təzə qərar çıxardır ki, qaz və işıqdan istifadə etməsən də, ayda pul verməlisən – Altay Göyüşov

redaktor