Hadisə

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın “Ximki” klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

 

Komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

 

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

 

Qeyd edək ki, “Ximki” hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir.

Tacxeber.com

Oxşar xəbərlər

İranda ilk mətbəə 1636-cı ildə ermənilər tərəfində yaradılıb.

admin

Oqtay Əliyevin vəfat etdiyi qəzanın SƏBƏBİ BİLİNDİ

redaktor

Bakıda yeni dələduz peyda oldu – Qapı-qapı gəzib… – FOTO

redaktor