12 C
Bakı
28 Mart 2026 22:27
İdman

Almeydadan Qurban Qurbanova: “Tanrı bilir ki, ikinci atamsan”

Riçard Almeyda “Qarabağ”dan ayrılması ilə bağlı paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, 35 yaşlı braziliyalı baş məşqçisi Qurban Qurbanova minnətdarlığını bildirib:

 

“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, Xocam, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi…

 

Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam”.

Tacxeber.com

Oxşar xəbərlər

Qızı Pelenin xəstəxanadan yeni fotosunu paylaşdı: “Birlikdə daha bir gecə…” – FOTO

admin

“Hekken” – “Qarabağ”: Heyətlər

admin

İlkin Fikrətoğlu hazırladı: Bizdə futbolçu da var, komanda da! – VİDEO

admin