24 C
Bakı
14 Avqust 2025 01:25
Cəmiyyət

Zaqatalada 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapıldı

12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşən 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları tapılıb.

 

Tacxeber.comapa.az-a istinadən xəbər verir ki, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkar edilib.

 

Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki….

redaktor

“TikTok”dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ EDİLDİ

redaktor

Türkiyədə saxlanılan Azərbaycanlı diplomatın üzərindən 70 kq qızıl çıxıb.

admin