16 C
Bakı
28 Sentyabr 2025 01:32
Dünya

Rəsmi Moskva: “Rus Evi”nin adından yayılan çağırışlar Azərbaycanla münasibətlərimizə xələl gətirmək məqsədi daşıyır”

“Bakıdakı “Rus evi”nin adından etiraz aksiyalarına çağırışlar barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

 

“Bu kampaniya çərçivəsində internet vasitəsilə Bakı sakinlərini və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı “Rus Evi”nə dəstək aksiyasında iştirak etməyə çağıran saxta materiallar yayılır.

 

Bu nəşrlər rəsmi çağırış kimi görünmək üçün “Rus Evi”nin rəsmi simvollarından istifadə olunub, müvafiq dizayn elementləri və əks əlaqə üçün real əlaqə məlumatları təqdim olunub. Bu məlumatlar saxtadır.

 

O, kütləvi auditoriyanın emosional reaksiyasını oyatmaq üçün nəzərdə tutulub və tanınmış nümunələrə və təlimatlara uyğun tərtib edilib”.

 

Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

Tacxeber.com

Oxşar xəbərlər

“O. zaman 7 papanın hamısı fransız idi” – Yadigar Sadıqlı

admin

Tramp: Putinin istəyi bizim üçün problem olacaq

redaktor

Bu yollar sentyabrın 15-dən bağlı olacaq – SİYAHI

redaktor