24 C
Bakı
11 Avqust 2025 22:45
CəmiyyətGündəmQalmaqal

Fərid Mehralızadənin qandallanaraq zorla məhkəməyə aparıldığı deyilir.

“Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər.

 

Lakin AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni məhkəməyə zorla gətiriblər.

 

F. Mehralızadənin dediyinə görə, onun kamerasına gələrək əllərini qandallayıblar və zorla kameradan çıxarıblar.

Məhkəmə isə bildirib ki, bəzi müttəhimlərin gəlməməsi səbəbindən proses təxirə salınıb və növbəti iclas fevralın 18-nə təyin edilib.

 

Jurnalistlər məhkəmədə iştirakdan imtinaya səbəb kimi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasını göstəriblər.

“Abzasçılar”ın bu gün yaydığı bəyanatda zorakılıq törətdiyi iddia edilən təcridxana əməkdaşlarının hələ də cəzalandırılmadığı deyilir.

 

“Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrın 20-dən etibarən həbs ediliblər.

 

Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib.

Əvvəlcə “Abzas Media işi” üzrə həbs edilən şəxslər qaçaqmalçılıqda ittiham olunublar.

 

2024-cü il avqust ayında isə onlara qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Nazirin bu fotosu maraqla qarşılandı

redaktor

Gədəbəydəki hadisələrlə bağlı səs yazısı yayıldı – Video

redaktor

“TikTok”da falçı, baxıcı adı ilə dələduzluq edən şəxs saxlanılıb – VİDEO

redaktor