24 C
Bakı
26 Sentyabr 2025 18:05
Cəmiyyət

Bu metrostansiyaların adları dəyişdirilə bilər

Xəbər verildiyi kimi, Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

 

Maraqlıdır, hansı küçələrin, metrostansiyaların adları dəyişdirilə bilər?

 

Tacxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, həm Bakı, həm də bir sıra şəhərlərdə, rayon mərkəzlərində bəzi küçə və prospektlərə qoyulan adlar öz əhəmiyyətini itirib:

 

“Müəyyən dövrlərdə qoyulan adlar dəyişdirilsə, daha yaxşı olar. Eyni zamanda bu, metro stansiyalarına da aiddir. “Gənclik”, “Sahil”, “Xalqlar Dostluğu”, “Ulduz” kimi adların yerinə, daha yaxşı seçimlər təklif edə bilərik”.

 

Ekspert bildirib ki, burada bəzi qəhrəmanların, vətən uğrunda döyüşən, əziyyətləri olan şəxslərin adları nəzərə alınsa, yaxşı olar:

 

“Ümumiyyətlə, bu addım gözəldir. Həm də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilən qərar necə deyərlər, yerinə düşdü”.

Tacxeber.com

Oxşar xəbərlər

Deputatlar deyir: “Bizim millət quzu əti xoşlayır, quzuları körpə vaxtə kəsirlər deyə ət bahalaşır”

admin

“Yollar yaxşıdır, yağış çox oldu” deyən deputat: “Reytinq naminədir…”

redaktor

Himnimizi səsləndirən Karenin həyat yoldaşı: “Prezidentlərin qarşısında…”

admin