15 C
Bakı
24 Mart 2026 14:50
Cəmiyyət

Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.

 

Tacxeber.com xəbər verir ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

 

Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

 

Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da təsdiqləyib.

 

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.  (Gununsesi.info)

Tacxeber.com

Oxşar xəbərlər

COP29 ən çox ONLARA QAZANDIRACAQ: Külli miqdarda mənfəət götürəcək sahələr

redaktor

Arıqlama dərmanlarının ölümcül fəsadları barədə XƏBƏRDARLIQ

redaktor

Nura Suri: “Məktəb direktoru cibindən ödəməlidir?” — FOTO

redaktor